Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd edir

Hindistan səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd edir

Hindistanın Azərbaycandakı Səfirliyində noyabrın 12-də Quru Nanak Devin anadan olmasının 550 illiyi qeyd edilib. Tədbir sevgi, bərabərlik, xeyirxahlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınan Siqh icmasının ilk Qurusu, mənəvi lideri Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edən silsilə mərasimlərin tərkib hissəsi idi.

Quru Nanak, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan "tək Allah" ismarıcını yaymışdır. Onun əsas fikirlərini Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə çıxış edən Hindistan səfiri Bavitlunq Vanlalvavna Pakistanda yerləşən Darbar Sahib Kartarpur məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, xatirə sikkə və poçt markalarının tədavülə buraxılması, Hindistan Dəmir Yolları tərəfindən zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Devlə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətinin təşkil edilməsi kimi Hindistan Hökümətinin irəli sürdüyü təşəbbüsləri diqqətə çatdırıb. Milli Məclisin deputatı Naqif Həmzəyev tədbirdə çıxış edərək hər iki ölkədə  dini tolerantlılıq və multikulturalizm dəyərlərinə böyük önəm verildiyini bildirib.

 Tədbirdə digər çıxış edənlər Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və xeyirxahlıq haqqında fikirlərinin bugünkü dünya üçün aktuallığından bəhs ediblər.

Qeyd edək ki, noyabrın 9-da Hindistanın Baş Naziri Narendra Modi Qurdsapur, Dera Baba Nanakda Kartarpur dəhlizinin açılışını edib. Hindistanın Pəncab əyalətində yerləşən Dera Baba Nanak Sahib Siqh ziyarətgahlarını Pakistanın Pəncab əyalətində yerləşən Qurdvara Darbar Sahiblə birləşdirən dəhliz, sitayişkarlara Hindistan--Pakistan sərhədindən 4,7 km uzaqlıqda yerləşən Kartarpurdakı Qurdvaranı vizasız ziyarət etməyə imkan verəcək.

 

Elnur Əliyev

13 Noyabr 2019 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə