Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib

Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüşə hazırolma dərəcəsinə gətirilib

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazırolma dərəcəsinə gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, üç mərhələdə keçirilən təlimdə birinci eşelon bölmələrinin şərti düşmənin qəfil hücumlarının dəf edilməsi üzrə fəaliyyətləri, birlik, birləşmə və hissələrin hərbi idarəetmə orqanlarının ərazidə açılması və idarəetməni öz üzərinə götürməsi, səfərbərlik ehtiyatlarından döyüş hazırlığını təyin edən mütəxəssislərin və texnikaların qismən qəbulunun təşkili, ümumqoşun, tank, desant və diversiya əleyhinə ehtiyatların döyüş atışlı taktiki təlimdə praktiki fəaliyyətləri məşq etdirilir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

13 Noyabr 2019 15:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə