Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Nezavisimaya qazeta” Azərbaycanın Dövlət Bayrağı Günündən yazıb

“Nezavisimaya qazeta” Azərbaycanın Dövlət Bayrağı Günündən yazıb

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq müstəqil Azərbaycanın rəmzi kimi hər zaman dalğalanacaq” sərlövhəli məqalə dərc edib. 

Məqalədə bayram günü Azərbaycanda binalardan dövlət bayrağının asıldığı, ölkəmizdə dövlət rəmzinə xüsusi hörmətlə yanaşıldığı bildirilib. 
Dövlət Bayrağı Gününün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildən qeyd olunduğunu yazan məqalə müəllifi bu gün ölkəmizdə dövlət və idman tədbirlərinin, hərbi hissələrdə andiçmə mərasimlərinin və “Açıq qapı” günlərinin keçirildiyini bildirib. Qəzet yazır ki, Azərbaycan tarixinin şanlı səhifələri ilə bağlı olan bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilib və ilk dəfə Bakı Dəniz Vağzalında sancılıb. 1990-cı ildə o zaman ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının ilk sessiyasında dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda AXC-nin şərəfinə Müstəqillik abidəsi ucaldılıb. 
Məqalədə Azərbaycan istiqlaliyyətinin ideoloqları Əli bəy Hüseynzadə və Fətəli xan Xoyski, Azərbaycan–Rusiya münasibətləri barədə də söhbət açılıb. 

 

Fəridə Abdullayeva, 
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

13 Noyabr 2019 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə