• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Namibiya turistləri niyə cəlb edir?

Namibiya turistləri niyə cəlb edir?

Namibiya son illərdə turistlərin maraq göstərdiyi ölkələrdən birinə çevrilib.

Trend-in məlumatına görə, hər il təqribən milyon yarım səyahətçi bu ölkəyə gəlir.

“Namib” sözü nama dilində “boş yer” mənasını verir. Namibiyada çay yoxdur, amma yağış mövsümündə ölkə ərazisinin 60 faizini su basır.

100 il əvvəl almanlar indi “ruhlar şəhəri” olan Kolmanskopda almaz aşkar edib və bu ərazidə şəhər tikmək qərarına gəliblər. Lakin bir müddət sonra qiymətli daşlar tükənir və insanlar köçüblər.

Namibiya ərazisinə görə dünyanın 33-cü böyük ölkəsi olsa da, əhalisi təqribən 2,5 milyon nəfərdir.

“Səhra dövləti”nin hakimiyyət orqanları təbii resursların mühafizəsinə çox ciddi yanaşır. Təsadüfi deyil ki, Namibiya konstitusiyasına ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri daxil edən ilk Afrika ölkəsidir.

 

18 2018 14:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin