Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması üçün elektron satınalma vasitəsilə keçirilən açıq tenderə dəvət edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu  2019-cu ildə malların (işlərin və xidmətlərin) satın  alınması üçün elektron satınalma vasitəsilə keçirilən  açıq tenderə dəvət edir
Açıq tender bir lot üzə keçirilir:
Fondun fəaliyyətinin təşkili üçün inventar və avadanlıqların satınalınması.
Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı: 36 (otuz altı) manat
Hesab: AZ08CTRE 00000000000005547601
VÖEN: 1001667391
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
Büdcə səviyyəsinin kodu: 7
Büdcə təsnifatının kodu: 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının məhkumluğunun olmaması barədə arayışı;
- podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 4 dekabr 2019-cu il saat 17:00-dək və tender təklifi ilə tender təklifinin bank təminatı sənədlərini 12 dekabr 2019-cu saat 17:00-dək tarixinə qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 13 dekabr 2019-cu il saat 11:00 tarixində açıqlanacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs Elşad Tağıyevə  (telefonlar 012 538 40 48, 012 537 19 41, 012 537 19 43) müraciət edə bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
 
 
Tender komissiyası
13 Noyabr 2019 00:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2019 | 01:52
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə