Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 2019-cu ilə tez təsir edən hemostatik tənzif tibb vasitəsinin əldə olunması məqsədilə Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu. 
Müqavilənin yerinə yetirilmə müddəti 2019-cu il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə elektron qaydada müraciət etmək olar.
Əlaqələndirici şəxs- Nadir İskəndərov.
Ünvan- Bakı şəhəri, Azadlıq prospekti 161.
Tender 1 (bir) lot üzrə keçirilir.
Lot -1 .Tez təsir edən hemostatik tənzif tibb vasitəsinin satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 103 (bir yüz üç) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 
Hh-AZ88CTRE00000000000002078508
VÖEN-1700341621
VÖEN- 1401555071
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T- CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışlar;
-vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış; 
-Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 3 dekabr 2019-cu il saat 11.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər. 
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 11 dekabr 2019-cu il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 12 dekabr 2019-cu il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

13 Noyabr 2019 00:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 İyul 2020 | 04:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə