Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz rayonu ilə bağlı problemlər həllini gözləyir

Tovuz rayonu ilə bağlı problemlər həllini gözləyir

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva  “dövlət başçsı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik”-- deyərək, 2020-ci ilin büdcə layihəsinin də sosial yönümlü olacağını vurğulayıb.

O, deputat seçildiyi Tovuz sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiya, Fransa və Almaniya alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını  təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb. Cənab prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı  Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan deputat müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb.

Q.Paşayeva  həmçinin Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin, Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir-bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını təklif edib.

Təhsilə ayrılan vəsaitin artmasını alqışlayan deputat Tovuzda məktəblərin tikintisinə ciddi ehtiyac olduğunu vurğulayıb: “Mənim seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yenisinin tikintisinə böyük ehtiyac var. Mən təhsil işçilərinin və valideynlərin çağırışını burada səsləndirərək Tovuzda məktəb tikintisi və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları bu istiqamətdə daha çox işlər görməyə çağırıram”.

O, imkansız ailələrdən olan tələbələrin təhsil almasında önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin həllinə ciddi ehtiyac olduğunu vurğulayıb. Övladları ilə çətin vəziyyətdə qalmış analardan hər gün məktub və müraciətlər gəldiyini vurğulayaraq, qısa zamanda aliment fondunun yaradılmasının vacibliyini deyib və bu istiqamətdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkliflərini dəstəklədiyini bildirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Noyabr 2019 13:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə