Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çex Respublikası ilin sonuna qədər ABŞ-dan 12 döyüş helikopteri alacaq

Çex Respublikası ilin sonuna qədər ABŞ-dan 12 döyüş helikopteri alacaq

Cari ilin sonuna qədər Çexiya ABŞ ilə milli hava qüvvələri üçün 12 döyüş helikopterinin alınmasına dair müqavilə imzalayacaqdır.

Helikopterlərin alınması üçün 14,6 milyard kron (təxminən 700 milyon dollar) ödəniş aparılacaq. Çexiya Hərbi Hava Qüvvələrinə helikopterlər 2023-cü ildə təhvil veriləcək. Bildirilir ki, söhbət səkkiz "UH-1 Venom" və dörd hücum "AH-1 Viper" helikopterlərindən gedir.

Müqaviləyə uyğun olaraq, helikopterlər quraşdırılmış silah sistemləri və tam texniki avadanlıqla təchiz ediləcək. Bundan əlavə, pilotların hazırlığı və texniki xidmət göstərilməsi də nəzərdə tutulur.

 

“Xalq qəzeti”

13 Noyabr 2019 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə