Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır

Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumatda bildirilir ki, Azərbaycanın bank sektorunda Bazel III standartlarına keçid çərçivəsində likvidlik riskinin idarə olunması istiqamətində likvidliyin təminatı əmsalının tətbiq olunması nəzərdə tutulur.

Bazel III standartlarına keçid istiqamətində bank sektorunda müvafiq addımlar atılır.

Yeni sistem banklara diferensial yanaşma tətbiq edir. Hazırda bu banklarda kapital adekvatlığı və maliyyə levereci əmsalı üzrə minimal normativ tələblər digər banklarla müqayisədə fərqlidir.

Bazel III standartları bankların iqtisadi və maliyyə şoklarına qarşı dayanıqlığının artırılması, risklərin idarə olunması prosesinin təkmilləşdirilməsi, bankların şəffaflığının yüksəldilməsi,  informasiyanın ictimaiyyətədaha geniş açıqlanması, bankların kapitalının dayanıqlığının təmin olunması və bankların minimal likvidliliyi üzrə əmsalların müəyyənləşdirilməsi kimi məqsədlərin reallaşdırılması tələblərini irəli sürür.

 

“Xalq qəzeti”

13 Noyabr 2019 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə