Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yuğ Teatrı Adana Festivalında

Yuğ Teatrı Adana Festivalında

Azərbaycan Dövlət YUĞ Teatrı Adanada keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb.

Teatrdan bildiriblər ki,  Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu, noyabrın əvvəllərində keçirdiyi "V Şəhər Teatrları Görüşü" festivalında YUĞ Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış "Təklif. Elçilik" tamaşası ilə təmsil edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər.

Hər zaman qadın-kişi münasibətlərində ziddiyyətlər və toqquşmalar olsa da, həyatda harmoniyanı yaradan yalnız onların birləşməsi, İn Yan bötüvlüyüdür. Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Özlərini qoymağa yer tapmadıqda evlənirlər (A.P.Çexov). Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. Gerçəkliksə bir lətifə üzərində qurulub. Hər kəsin bunu anlaması üçün öz yaşamına nəzər salması kifayətdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2018 13:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin