Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov Fransa Respublikasında səfərdədir

Təhsil naziri Ceyhun Bayramov UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində noyabrın 13-də tarixində keçiriləcək Təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak etmək məqsədilə Parisdə rəsmi səfərdədir.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, nazirlərinin Yüksək Səviyyəli Görüşündə UNESKO-ya üzv dövlətlərin təhsil üzrə rəhbər şəxsləri, təhsil üzrə ixtisaslaşmış regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Səfər çərçivəsində Ceyhun Bayramovun UNESKO Baş Direktorunun təhsil üzrə müavini Stefani  Giannini  ilə görüşü, eləcə də UNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin Fransa Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil edəcəyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirakı planlaşdırılır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

12 Noyabr 2019 16:07 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə