Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oleq Kuznetsov: Cinayətkar Njdenin heykəli uçurulmalıdır

Oleq Kuznetsov: Cinayətkar Njdenin heykəli uçurulmalıdır

Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Yerevanda Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş sərgi açılışını şərh edərkən bilıdirib ki, Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir.

Analitik bildirib ki, bu sərgi Rusiya və Ermənistan KİV-ləri tərəfindən qələbənin yubileyinin MDB çərçivəsində qeyd olunmasına ölkələrin birgə hazırlığı kimi qələmə verilir: “Amma bununla belə Yerevanın mərkəzində nasist kollaborasionisti və cinayətkar Qaregin Njdeyə heykəl qoyulub, onun adına meydan, küçə və metro stansiyası var. Nəticədə sürreal mənzərə yaranır, bir tərəfdən nasizm üzərində qələbə təbliğ olunur, digər tərəfdən isə nasizm qəhrəmanlaşdırılır. Onların bu ikiüzlülüyü artıq çoxdan dövlət siyasəti səviyyəsinə yüksəldilmiş normaya çevrilib. Fikrimcə, rəsmi Yerevandan nasist əlaltısı Njdeyə ölkə ərazisində qoyulmuş üç heykəli qeyd-şərtsiz uçurmasını tələb etmək lazımdır”.

Politoloq əlavə edib ki, sərgi yarım il fəaliyyət göstərib bağlanacaq, amma Njdenin heykəlləri dayanmaqda davam edəcək.

 

“Xalq qəzeti”

12 Noyabr 2019 15:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə