Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili: Xarici ölkələrdəki Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirilməliyik

Millət vəkili: Xarici ölkələrdəki Azərbaycana məxsus əlyazmaları ölkəyə gətirilməliyik

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva parlamentin plenar iclasında  bildirib ki, ürək ağrısı ilə qeyd etməliyik ki, əsrlər boyu xalqımıza məxsus mənəvi sərvətlər, əlyazmalar digər ölkələrə aparılıb. Füzulinin “Ərəb divanı” uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılırdı və  Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı.

Deputat bildirib ki, ötən dövrlərdə əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik”.

 

“Xalq qəzeti”

12 Noyabr 2019 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə