Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib

Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verərək bildirib ki, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı kifayət qədər çox olacaq.

MSK sədri qeyd edib ki, adətən, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: "Amma Mərkəzi Seçki Komissiyası olaraq Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik.

Konqres adətən bələdiyyə seçkilərində müşahidələr aparır. Onların gəldiyi qənaət beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-na da dəvətlər göndərmişik. Seçki Məcəlləsinin tələblərinə görə, qeyri-hökumət təşkilatlarından da müşahidəçilər dəvət etmək istəsək, onların adına da müraciət göndərə bilərik".

 

“Xalq qəzeti”

12 Noyabr 2019 14:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə