Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torontoda qondarma rejimin bayrağının erməni kilsəsinin qarşısından endirilməsi tələb olunub

Torontoda qondarma rejimin bayrağının erməni kilsəsinin qarşısından endirilməsi tələb olunub

Noyabrın 10-da Kanadanın Toronto şəhərində azərbaycanlı icmasının etiraz aksiyası keçirilib.

Şəhərin mərkəzində baş tutan aksiyada Kanadada yaşayan və təhsil alan soydaşlarımız, diaspor nümayəndələri iştirak ediblər. Onlar işğal olunmuş torpaqlarımızda qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin bayrağının Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsinin və erməni gənclər evinin qarşısında asılmasına sərt etirazlarını bildiriblər.

Aksiya iştirakçıları əllərində üçrəngli dövlət bayrağımızı, eləcə də "Erməni vəhşiliyinə son!", "Kilsə önündən qondarma bayraq endirilsin", "Qarabağa ədalət!", "Qarabağ Azərbaycandır!" və başqa şüarlar yazılmış plakatlar qaldırıblar.

Tədbirdə çıxış edən soydaşlarımız erməni qəsbkarlarının xalqımızın başına gətirdikləri məkrli oyunlardan, onların törətdikləri Xocalı soyqırımından, insanlığa qarşı olan bu cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün aparılan işlərdən bəhs ediblər.

Aksiyanın sonunda yerli sakinlərə Qarabağın Azərbaycana məxsus olmasından bəhs edən kitabçalar və açıqcalar təqdim edilib.

Xatırladaq ki, bir müddət əvvəl erməni təxribatının qarşısının alınması məqsədilə Kanada Azərbaycanlıları Təşkilatları Assosiasiyası Torontonun rəsmi qurumlarına etiraz məktubu ilə müraciət edib.

                             

Samirə Əliyeva,
“Xalq qəzeti”

12 Noyabr 2019 13:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə