Ən son xəbərlər
“Azəralüminium” MMC Sumqayıt Texnologiyalar Parkı ilə kooperasiya əlaqələrinin yaradılması nəticəsində alüminium xəlitələrdən silindrik pəstahların istehsalına başlayıb.
“Azəralüminum” MMC-dən verilən məlumata görə, həmin məhsulların sınaq partiyasının müasir dünya standartlarının tələblərinə uyğunluğu avropalı mütəxəssislər tərəfindən təsdiq edildikdən sonra, ümumilikdə 6000 ton məhsul istehsal olunub və bunun 12 milyon dollar dəyərində olan 5700 tonu Avropa bazarlarına ixrac edilib.
Müəssisənin tarixində ilk dəfə olaraq, ABŞ-a 2100 ton məhsul ixrac edilib.
2020-ci ildə ABŞ-a 33 milyon dollar dəyərində alüminium məhsullarının satışı üzrə müqavilələr bağlanıb.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə