Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan: Qafaqazın mirvarisi əbədi məşəl ölkəsi

Azərbaycan: Qafaqazın mirvarisi əbədi məşəl ölkəsi

Varşavada "Azərbaycan: Qafqazın mirvarisi, əbədi məşəl ölkəsi” adlı təqdimat keçirilib.

Təqdimat Azərbaycana turist kimi gəlmiş polşalı səyyah Barbara Juxovskanın təşkilatçılığı ilə  Bemova Mədəniyyət Mərkəzində baş tutub. Videomateriallar  əsasında  hazırlanmış təqdimatda Bakı, Qobustan, Şamaxı, İsmayıllı və Lahıc bölgələrində Azərbaycanın mədəniyyətini, mətbəxini və tarixi memarlığını əks etdirən məlumatlar iştirakçılara təqdim edilib.

Tədbirdə iştirak edən Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev təqdimatdan sonra bütün iştirakçılara səfirlik adından təşəkkürünü bildirib, hər kəsi gözəl diyar olan Azərbaycana dəvət edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 Noyabr 2019 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə