Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil müəssisələri arasında "Bayraq turniri" keçirilib

Təhsil müəssisələri arasında

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatı və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı, Nəsimi Rayon İcra Hakimiyyəti ilə Nəsimi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Nəsimi rayonunda yerləşən təhsil müəssisələri arasında "Bayraq turniri" baş tutub.

Turnirdə Nəsimi rayonu ərazisində yerləşən təhsil müəssisələri mübarizə aparıb.  Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Universiteti (AU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kollecinin təmsilçiləri arasında 5 idman növü üzrə yarışlar keçirilib. 110 nəfərin iştirakı ilə təşkil olunan turnirin yarışları ATU və AU-da baş tutub.

Belə ki, futzal və stolüstü tennis yarışları ATU-da, "Nə ?Harada?Nə zaman?", şahmat və dama üzrə yarışlar isə AU-da keçirilib. 

Dövlət Bayrağı Günü münasibətilə təşkil olunan yarışlarda "Nə?Harada?Nə zaman?" , futzal və stolüstü üzrə yarışlarda ATU-nun , şahmat üzrə AU-nun və dama üzrə yarışda isə ADU-nun təmsilçiləri l yerə layiq görülüblər.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, qaliblər Nəsimi RİH və Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif ediləcəklər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2019 12:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2019 | 00:09
Səfər başa çatdı

Köhnə versiyamızdan xəbərləri izlə