Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şimali Makedoniyada Qarabağ həqiqətləri səsləndirilib

Şimali Makedoniyada Qarabağ həqiqətləri səsləndirilib

Şimali Makedoniyada MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Təşkilatları  Birliyinin bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi, Balkan ölkələrindən və qardaş Türkiyədən gəlmiş millət vəkillərinin, siyasətçilərin, aydınların, fəal gənclərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalı keçirilib.

Qənirə Paşayeva ölkəmizin tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan--Makedoniya münasibətlərinin getdikcə daha da artan inkişafından danışıb. O, həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də söz açıb: “Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir.”

Q.Paşayeva Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, ziyalıların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. O bildirib ki, harada doğulub harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır.

Deputat tədbir zamanı onlara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycana dəvət edib. Q.Paşayeva tədbirdən sonra Şimali Makedoniyanın, Balkan ölkələrinin və qardaş Türkiyənin bir sıra KİV-nə müsahibələr verib və onları maraqlandıran sualları da cavablandırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 Noyabr 2019 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə