Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı
№ 440 Bakı şəhəri, 8 noyabr 2019-cu il
 
“Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 742) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Təsviri” üzrə:
1.1. 1.2.1-ci yarımbənddə “(OVİ – opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin;
1.2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.4. Vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.”.
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:
2.1. 1.1.1-ci yarımbəndə “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra “, “İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və “İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilsin;
2.2. 1.1.3-cü yarımbənddə “yazılmasını və oxunmasını” sözləri “mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi ­çıxarılsın;
2.3. 1.1.4-cü yarımbənd ləğv edilsin;
2.4. 1.1.6-cı yarımbəndə “həddində” sözündən sonra “, informasiya sistemi “Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilsin;
2.5. 1.1.10-cu yarımbənddə “(OVİ - opticaly variable ink)” sözləri “(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin.
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə