Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti istənilən qonağı heyrətləndirə biləcək bir mükəmməl tədris kompleksidir”

“Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti istənilən qonağı heyrətləndirə biləcək bir mükəmməl tədris kompleksidir”

Bu sözləri özünün facebook səhifəsində ilk dərs günü Azərbaycan Dövlət Aqrar Universitetinin reltoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov paylaşıb. Rektor yazır ki, iki 7 mərtəbəli, 4 ulduzlu otel səviyyəli tələbə evləri, onlarla müasir laboratoriya, tədris mərkəzləri, 1000 ədəddən çox kompüter, 200-ə qədər proyektor, 50 -dən artıq ağıllı lövhə, fitnes klublar, tələbə kafeləri, 5 istixana, ən müasir maldarlıq və atçılıq kompleksi, tam təmin olunmuş auditoriyalar, yuz minlərlə manat dəyərində kənd təsərrüfati texnikası və qeyd edə bilmədiyim onlarla digər vasitələr... Bütün bunlar üçün dərin təşəkkürün və dərin minnətdarlığın bir ünvani var. O da Möhtərəm cənab Prezidentimizdir! Məhz ölkəmizin iqtisadi qüdrətinin artmasi, iqtisadi və siyasi stabillik bütün ölkə kimi ADAU-nu da bu səviyyəyə çatdırmışdir. Ölkə Prezidenti son 3 ildə 2 dəfə aqrar universitetdə olmuş, tələbə evlərini açmışdir. Daim gəncliyə dəstək olan möhtərəm cənab Prezident aqrar gəncliyin təhsil və həyat səviyyələrinin yaxşılaşması üçün əlindən gələni edir. Bu gün aqrar universitetin qonagı olan kənd təsərrüfatı naziri İnam Kərimov da, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da, valideyn və tələbələr də təntənəli tədris ilininin açılışında məhz cənab Prezidentin gəncliyə diqqət və qaygısından danışdılar, tədris infrastrukturu ilə tanış oldular. Haminin bu tədbirdə üzü gülürdü, çünki hər şey göz oxşayirdı, eyni zamanda haminin urəyindən gələn bir cümləni eşitməmək mümkün deyildi.: Min yaşayın, cənab Prezident, Allah Sizi qorusun!

Məlumat üçün bildirək ki, İbrahim Cəfərov sosial şəbəkələrdən, o cümlədən facebook səhifəsindən müntəzəm, özü də səmərəli istifadə edənn azsaylı tədris müəssisəsi rəhbərlərindən biridir. O, bununla tələbələrlə daim ünsiyyətdə ola bilir, onların qarşılaşdıqları problemləri öyrənir, universitet həyatı haqqında daha çox bilgi əldə etməyi bacarır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

18 2018 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin