Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda Dövlət bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir

İsmayıllıda Dövlət bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir

Noyabr ayının əvvəlindən başlayaraq İsmayıllıda Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu ərəfədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Xaçmaz şəhərində keçirdiyi “Vətənin müdafiəsinə hazıram” hərbi idman oyunları üzrə respublika yarışında İsmayıllı komandası rayon komandaları arasında birinci yeri tutub. Olimpiya İdman Kompleksində “Açıq qapı” günü keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, rayon gənclər və idman idarəsinin iştirakı ilə mini-futbol yarışı keçirilib. Şəhərin küçələri, meydanları, çoxsaylı binalar Dövlət bayraqları ilə bəzədilib.
Rayonda 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
İştirakçılar əvvəlcə ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbirin keçiriləcəyi məkanın – Uşaq və Gənclərin İnkişafı Mərkəzinin binasının önündə hər iki tarixi günə həsr olunmuş fləşmob və rəsm sərgisi nümayiş etdirilib.
Təntənəli tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq, tarixi günlər münasibətilə iştirakçıları təbrik edib. Dövlət himni səslənib.
İsmayıllı Rayon Məhkəməsinin sədri Rafael Şirinov Dövlət bayrağı və Konstitusiya günləri ilə əlaqədar məruzə edib.
Milli Məclisin deputatları, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun və  Tahir Kərimlinin çıxışları dinlənilib. Deputatlar  iştirakçıların timsalında bütün rayon əhalisini bayramlar münasibətilə təbrik ediblər.
YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova və İsmayıllı Rayon Gənclər  İdarəsinin rəisi Taleh Salehov həmin gün idman tədbirlərində qalib gələnlərə diplom, kubok, hədiyyə və mükafat təqdim ediblər. 
Rayon Mədəniyyət Mərkəzinin hazırladığı səfərbəredici bədii proqram nümayiş etdirilib.

 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

 

9 Noyabr 2019 00:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə