Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala: Bayram bayrama qarışır

Zaqatala: Bayram bayrama qarışır

Zaqatala rayonunda Dövlət bayrağı, Konstitusiya və Milli dirçəliş günləri ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. 
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və “Azərbaycan Bayrağı” haqqında filmin nümayişi ilə başlanmışdır. Tədbiri “Qürurluyuq – biz azərbaycanlıyıq” məruzəsi ilə açan RİH başçısı Mübariz Əhmədzadə Bayraq Gününün bu gün ölkəmizdə belə təntənəli qeyd olunmasının ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi hesabına mümkün olduğunu vurğulamışdır. Məhz ulu öndərimizin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edildiyini və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın Dövlət Bayrağı statusunu aldığını qeyd etmişdir. 
Rayon rəhbəri çıxışında qarşıdan gələn Konstitusiya və Milli dirçəliş günləri münasibəti ilə də rayon ictimaiyyətini təbrik etmişdir. O, bu iki əlamətdar günün müasir Azərbaycan dövlətinin tarixindəki mahiyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Tədbirdə çıxış edən digər natiqlər bu gün müstəqil, azad bir ölkədə yaşadıqlarından qürur duyduqlarını bildirmiş, bu müstəqilliyin nə qədər çətinliklə əldə olunduğunu rayon ictimaiyyətinə xatırlatmışlar. Natiqlər, bu gün düşmən tapdağı altında qalmış torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması üçün hər kəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə çağırmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, noyabrın 9-da 2000-dən cox gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzindən Bayraq dairəsinə kimi “Milli iftixarımız – Şanlı Bayrağımız” adlı yürüş təşkil olunacaqdır.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

9 Noyabr 2019 00:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə