Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası aşağıdakı işlərin görülməsinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin  Elmi-İstehsalat Bərpa Emalatxanası aşağıdakı işlərin görülməsinin satın alınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1- “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində Böyük Qala küçəsi 53 nömrəli ünvanda yerləşən binanın təmiri işlərinin satın alınması.
Müqavilənin icra müddəti 2019-cu il dekabrın 20-nə kimidir.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
VÖEN- 1700811061
H/h- AZ16İBAZ 38060019446075469204
Bank- “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı
Kod- 805722
VÖEN (bank)- 9900001881
M/h- AZ03NABZ 01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 2 dekabr 2019-cu il saat 16.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 10 dekabr 2019-cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 16.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsi ilə aparılır.

Tender komissiyası

 

9 Noyabr 2019 00:34 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə