Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin  keçirilməsinin  satın alınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Əlaqələndirici şəxs – Nadir Quliyev (012) 4921175 (128)
İştirak haqqı 150 manatdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
VÖEN- 1700711731
H/h-  AZ20IBAZ 38090019446067875204
Bank- “Azərbaycan Beynəlxalq Bank”nın  Mərkəz filialı
Kod- 805722
M/h-  AZ03NABZ 01350100000000002944
VÖEN BANK- 9900001881
SWIFT-  IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) ixtisas göstərcilərinə aid məlumat;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 dekabr 2019-cu il saat 17.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 10 dekabr 2019-cu il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 17.00-da açılacaqdır. 
İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

9 Noyabr 2019 00:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Noyabr 2019 | 00:15
MƏTANƏT A
17 Noyabr 2019 | 00:12
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə