Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2019-cu il üçün interaktiv lövhə dəstinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi  2019-cu il üçün interaktiv lövhə dəstinin  satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən  məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 100 (yüz) manatdır.
B1. Benefisiar (alan) bank
Adı - Dövlət Xəzinədarlığı Agentliyi
Kod - 210005
VÖEN - 1401555071
m/h - AZ41NABZ 01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri (benefisiar)
Adı - DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
h/h - AZ44CTRE 00000000000002458570
VÖEN - 1500426471
D3. Büdcə təsnifatının kodu - 142340
D4. Büdcə səviyyəsinin kodu - 7
Əlaqələndirici şəxs - Elşad Əliyev tel- (012) 569-95-10.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 dekabr 2019-cu il saat 10:00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 10 dekabr 2019-cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 16.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

9 Noyabr 2019 00:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Noyabr 2019 | 00:15
MƏTANƏT A
17 Noyabr 2019 | 00:12
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə