Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası aşağıdakı işlərin görülməsinin satın alınması üçün Açıq Tender Elan Edir

“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğu İdarəsinin Elmi-İstehsalat Bərpa Emalatxanası aşağıdakı işlərin görülməsinin satın alınması üçün  Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
Lot-1. “İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində 6-cı Kiçik Qala döngəsi 7  nömrəli ünvanda yerləşən  Şah ovdanın təmiri işlərinin satın alınması.
Müqavilənin icra müddəti  2019-cu il dekabrın 20-nə  kimidir.
Tender iştirakçılarına təklif edilir ki,  dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar  və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən  məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün  təkliflərini portal vasitəsilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər  60 (altmış) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
VÖEN- 1700811061
H/h- AZ16İBAZ38060019446075469204
Bank- “Azərbaycan Beynəlxalq  Bankı”nın  Mərkəz filialı
Kod-805722
VÖEN (bank)- 9900001881
M/h-AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə aid iddiaçının potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün  yuxarıda göstərilən sənədləri 2 dekabr 2019-cu il saat 13.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 10 dekabr 2019-cu il saat 13.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 13.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

 

9 Noyabr 2019 00:30 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Noyabr 2019 | 00:15
MƏTANƏT A
17 Noyabr 2019 | 00:12
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə