Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

171 mindən çox köçkün ölkəsinə geri qayıdıb

171 mindən çox köçkün ölkəsinə geri qayıdıb

Son üç ildə Türkiyədən 171 min 967 köçkün öz ölkəsinə geri göndərilib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Mənbə bildirilir ki, bu barədə Türkiyənin daxil işlər naziri Süleyman Soylu mətbuata açıqlamasında deyib ki, hazırda ölkədə, ümumilikdə, 5 milyon 74 min 908 köçkün var. Onlardan 3 milyon 680 min 603-ü Türkiyə hökuməti tərəfindən müvəqqəti qoruma altında olan Suriya vətəndaşlarıdır. Müxtəlif ölkələrdən gələrək müvəqqəti yaşamaq icazəsi ilə ölkədə qalanların sayı 1 milyon 70 min 144 nəfərdir. Beynəlxalq qoruma çərçivəsində ölkədə yaşayanların sayı isə 324 min 161 nəfər təşkil edir.
S.Soylu 2014-cü ilə qədər ölkədə sənədsiz yaşayan əcnəbilərin sayının təxminən 50 min olduğunu açıqlayıb. Bildirilib ki, hazırda bu rəqəm dəfələrlə çoxdur. 2019-cu ilin əvvəlindən bu günədək Türkiyədə 373 min 468 köçkün saxlanılıb. Bu il Türkiyəyə beynəlxalq qoruma almaq üçün 43 min 670 nəfər müraciət edib.
İstanbulda 2018-ci ildə qanunsuz yaşayan 28 min 364 xarici vətəndaşın saxlanıldığını deyən nazir 2019-cu ildə bu rəqəmin 94 min 531-ə yüksəldiyini qeyd edib.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

8 Noyabr 2019 23:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə