Ən son xəbərlər
Avropa Statistika Agentliyi Avropa İttifaqının (Aİ) ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib. Bildirilir ki, Aİ-nin ən təhlükəli ölkəsi Belçikadır. Belə ki, ölkədə hər 100 min nəfərə qarşı törədilən cinayətlərin sayına görə göstərici (167) bütün üzv ölkələrindən çoxdur. Bu göstərici üzrə ikinci yerdə Fransa (150), üçüncü pillədə isə İspaniya (144) qərarlaşıb. İlk beşliyi Böyük Britaniya (132) və Portuqaliya (115 cinayət) tamamlayır. Aİ-də ən təhlükəsiz ölkələr isə Slovakiya və Macarıstan (9), Sloveniya (12), Kipr (14), Estoniya və Çexiya (15), həmçinin Rumıniyadır (16 cinayət).
Xəbəri “Eurostat” verib.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə