• RUB: 0.0257
  • TRY: 0.2890
  • EUR: 1.9635
  • USD: 1.7000
  • Bakı + 17 ° C / 77

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Həsən Abdullayevin 100 illik yubileyi AMEA-da qeyd olunacaq

 Akademik Həsən Abdullayevin 100 illik yubileyi AMEA-da qeyd olunacaq

Sentyabrın 26-da saat 11:00-da AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim və ictimai xadim, akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley yığıncağı keçiriləcək.

www.science.gov.az saytı yazır ki, tədbir Prezident İlham Əliyevin "Akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında" 14 iyul 2017-ci il tarixli Sərəncamına əsasən təşkil olunacaq.

Qeyd edək ki, görkəmli Azərbaycan alimi, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayev 1918-ci il avqustun 20-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. O, Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla bərabər, bu elm sahəsinin inkişafının başlıca istiqamətlərini də müəyyənləşdirib. Fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdıran alim uzun illər ərzində Elmlər Akademiyasının prezidenti kimi respublikada elmin təşkili işinə mühüm töhfələr verib, ölkə elminin beynəlxalq elm məkanına inteqrasiyasında təqdirəlayiq fəaliyyət göstərib.

Ünvan: Bakı ş., H.Cavid pr. 115 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

18 2018 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin