Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xırdalanda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayır

Xırdalanda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayır

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkasını təşkil edəcək.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, yarmarka Xırdalan şəhərinin Heydər Əliyev prospektində açılacaq.

Hər həftənin şənbə-bazar günləri fəaliyyət göstərəcək yarmarkada fermerlərdən tədarük olunan ekoloji təmiz məhsullar satışa çıxarılacaq.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri  

 

8 Noyabr 2019 17:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə