Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş

Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüş

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropada bir sıra tədbirlər keçirir. Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Rotterdam şəhərində Niderland Krallığında fəaliyyət göstərən Türk media qurumları ilə görüşüblər.

Görüşdə Niderlandda fəaliyyət göstərən Holandiya Azərbaycan-Türk Kültür Dərnəyinin başkanı İlhan Aşkın, başkan yardımçısı Altan Göleli, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Beniluxs Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov, mətbuat nümayəndələri – “Dəniz” radio və tv-nin sahibi Özcan Özbay, “Manşet” qəzetinin yazarı Mehmet Ali Topçu, jurnalist Engin Kula, “Ahaber” TV Hollandiya təmsilçisi Fatih Özyar, “Doğuş” qəzeti yazarı Zeynəl Abidin Kılıç, “Live 24”  kanalının aparıcısı Yavuz Nüfel, Gür Media və “Güncel haber”in yazarı Hikmət Gür, jurnalistlər Ali Okşak Coşkun Yegenoğlu, Bülent Türker iştirak ediblər.

Görüş-müzakirələrdə Azərbaycan həqiqətlərinin Avropada təbliğ olunması, bu təbliğat işində Avropada fəaliyyət göstərən media qurumların üzərinə düşən vəzifələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq iştirak ediblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 17:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə