Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mirhəsən Seyidov: Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

Mirhəsən Seyidov: Sevindirici haldır ki, ”İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Dövlət Bayrağının asılması aksiyası geniş vüsət alır

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Birlik tərəfindən Dövlət Bayraq Gününə həsr olunan “Üçrəngli bayrağın kölgəsində mən” milli vətənpərvərlik aksiyası  haqqında fikirlərini bildirib.

Mirhəsən Seyidov ölkədə ciddi rezonans doğuran bayraq təşəbbüsü ilə bağlı qeyd edib ki,  aksiyanın uğurla davam etməsi ölkədə vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir: “2014-cu ildə “İrəli” İB-nin təşəbbüsü ilə dahi şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq” şeirinin Azərbaycan ictimaiyyətinə təqdimatının hazırlanması, Əsərin məşhurların ifasında səslənməsi ilə aksiyaya start verdik.2016-ci ildə Azərbaycan ordusunun Aprel döyüşlərində şanlı qələbəsinə  həmrəylik nümayiş etdirmək məqsədi ilə “Eyvanlara bayraq asaq” aksiyasına başladıq. Beləliklə, zəfər sorağımız olan şanlı bayrağımızın eyvanlarda asılması ölkəmizdə daha da geniş vüsət almağa başladı.”

“Sovet İttifaqının hələ mövcudluğunu saxladığı dövrdə üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinə gətirilib, muxtar respublikanın bayrağı kimi təsdiqlənib. Bu, Azərbaycan xalqının azadlıq ruhunu daha da qüvvətləndirib və müstəqilliyimizin bərpasında önəmli rol oynayıb. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman bildirir ki, gənclər vətənpərvər ruhda yetişməlidir. 2019-cu ildə Prezident İlham Əliyevin gənclərlə görüşündə vətənpərvərlik, milli ruh barədə  fikirlərinə əsaslanaraq, “İrəli”  bu ənənəni davam etdirərək, Azərbaycanı “Üçrəngli bayrağın kölgəsində” toplamağa başladı. Artıq 26 oktyabr tarixindən etibarən davam edən aksiyamızda #BayraqMenliyimdir adı ilə yüzlərlə gənc,  “İrəli” İctimai Birliyinin üzvləri ilə yanaşı, nazirliklər, ali təhsil ocaqları, peşə təhsili müəssisələri, olimpiya idman kompleksləri, gənclər və idman idarələri, gənclər təşkilatları, gənclər evi və mərkəzləri, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları, müxtəlif idman federasiyaları, mətbuat orqanları və digər dövlət və özəl qurumlar aksiyaya öz dəstəklərini göstəriblər”-deyə, sədr bildirib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə