Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada Bayraq yürüşü təşkil edilib

Ağstafada Bayraq yürüşü təşkil edilib

Tədbir iştirakçıları ilk öncə Ağstafa Rayon Icra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, N saylı hərbi hissənin və  rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə bayraqlarla yürüş ediblər. Heydər Əliyevin mərkəzin önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoydular. Bu barədə  Ağstafa Regional Mədəniyyət İdarəsindən bildirilib.

Tədbir Ağstafa şəhər uşaq musiqi məktəb şagirdlərinin Dövlət Himni kompozisiyası ilə açıq elan edildi. Tədbir Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə bayram konserti ilə davam etdirildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, rayonun hüquq-mühafizə orqanlarının və digər müəssisələrinin əməkdaşları iştirak edirdilər.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

 

8 Noyabr 2019 17:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə