Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

ABŞ-ın ATƏT-dəki səfiri Qarabağ münaqişəsinin tərəflərini nizamlama ilə bağlı konkret addımlar atmağa çağırır

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor təşkilatın Daimi Şurasının iclasında bildirib ki, onun ölkəsi ATƏT-in Minsk qrupunun işinə böyük əhəmiyyət verir və Dağlıq Qarabağ münaqişəsinin tam nizamlanmasına sadiqliyini bildirir.

Səfir son aylarda qoşunların təmas xəttindəki itkilərdən narahat olduqlarını ifadə edib: “Bu, münaqişə çərçivəsində davam edən insan itkilərini göstərir və yerlərdə, eləcə də paytaxtlarda gərginliyi artırır. Bu, həm də nizamlama perspektivlərini azaltmaqla inamsızlıq və düşmənçiliyi artırır. Eyni zamanda Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv əlaqələr ümid verir. Əlaqələrin səviyyəsi nəticə verə bilər və verməlidir. Biz tərəfləri ölkələrin əhalisini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunan konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq”.

C.Gilmorun sözlərinə görə, bu məsələlər barədə razılıq kifayət deyil: “Biz tərəfləri tez bir zamanda konkret addımlar atmağa çağırırıq”.

Səfir əlavə edib ki, tərəflərin əhalini sülhə hazırlamasının vaxtı çatıb: “ABŞ azərbaycanlılar və ermənilər arasında etimadın möhkəmləndirilməsi və dialoqun genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. Dialoqda iştirak edənlər bunu azad və qorxusuz şəkildə, öz yurdlarına qayıtmaqları üçün ittiham olunmadan etməlidirlər. Münaqişənin hərbi yolla həlli ola bilməz və status-kvo qəbulolunmazdır”.

 

“Xalq qəzeti”

8 Noyabr 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə