Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri rəssamla görüşüb

Mədəniyyət naziri rəssamla görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur rusiyalı fırça ustası, Adıgey və Kabardin-Balkar Respublikasının Xalq rəssamı, Rusiya Dövlət mükafatı laureatı Mixail Şemyakinlə görüşüb.

Nazir görüşdə qonağa Azərbaycan dövlətinin mədəniyyət siyasəti, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də diqqətdə saxlanılır.

Mixail Şemyakin də öz növbəsində səmimi qəbula görə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu səfər onun ölkəmizə ilk gəlişidir. Buna baxmayaraq, Azərbaycanın mədəni həyatı onda olduqca xoş təəssüratlar yaradıb.

Əslən Kabardin-Balkardan olduğunu deyən rəssam Azərbaycanla onu xoş münasibətlərin bağladığını bildirib. Vurğulayıb ki, onun bacısı Azərbaycanın indiki Göygöl rayonunda (Xanlar) dünyaya gəlib.

Mixail Şemyakin onu da diqqətə çatdırıb ki, səfər çərçivəsində müxtəlif görüşlərdə iştirak edəcək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.

Görüş zamanı rəssamın ölkəmizdə sərgisinin təşkil edilməsi və onunla əməkdaşlıq imkanları müzakirə olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2019 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə