Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mina Abbasovanın növbəti qızıl medalı - bu dəfə Rumıniyada

Mina Abbasovanın növbəti qızıl medalı - bu dəfə Rumıniyada

Rumıniyanın Arad şəhərində Bədii Gimnastika üzrə​​ ​“Arad Trophy – 2019”   Beynəlxalq Turniri keçirilmişdir.​ Rumıniya ilə yanaşı, Macarıstan, Moldova, Belarus, Bosniya və Hersoqovina və Serbiyadan olan müxtəlif yaş kateqoriyalı, ümumilikdə 290 gimnastın iştirak etdiyi yarışlarda Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.​

Yeni mövsümdə mötəbər idman tədbirinə yeni proqramla qatılan gimnastımız topla ifasına görə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib olub. Azərbaycanın Xalq artisti, bəstəkar Eldar Mansurovun melodiyası altında qurulan uğurlu rəqs nömrəsi milli koloritlə, məhz Azərbaycana məxsus milli detallarla seçildiyi üçün münsiflər heyətinin və azarkeşlərin böyük marağına səbəb olub. Mina bu dəfə  yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı  milli ornamentlerlə zəngin idman kostyumunda qatılıb.   

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək yüksək mükafatını qəbul edən balaca gimnastımız sayca 36-cı medalını (14 qızıl, 19 gümüş, 3 bürünc) qazanıb.    

Qarşıda onu Sloveniya və Lüksemburqda keçiriləcək məsuliyyətli yarışlar gözləyir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2019 15:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə