Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qəlblərdə yaşayan sənətkar"

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş “Qəlblərdə yaşayan sənətkar” adlı tədbir keçirilib.

Sənətkarın adını daşıyan Mədəniyyət evinin kollektivi tədbirin açılışında Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını əks etdirən videoçarx təqdim edib. 

Tədbirdə Hüseynqulu Sarabskinin ifasında "Qalalı" mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa ediblər.

Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, Leyli və Məcnun operasından səhnəcik təqdim olunub.

Sonda muğam ifaçıları, xalq teatr kollektivinin üzvləri fəxri fərmanla təltif edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Noyabr 2019 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə