Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yeni metrostansiyasının tikintisi başa çatıb

Bakıda yeni metrostansiyasının tikintisi başa çatıb

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib ki, Bakıda daha bir metrostansiyanın tikintisi başa çatıb.

Baş mühəndis qeyd edib ki, şərti adı “B3” olan metro stansiyasında əsas tikinti işləri başa çatdırılıb və gələn ilin ortalarında tamamlama işləri aparılacaq: "Bu stansiyadan sonra yeni olan “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Ümumilikdə bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Sözügedən xətt üzrə 3 stansiyasının, demək olar ki, tikintisi başa çatdırılıb".

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

8 Noyabr 2019 15:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə