Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müasir qazax poeziyası və nəsri antologiyaları hədiyyə edilib

Müasir qazax poeziyası və nəsri antologiyaları hədiyyə edilib

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müasir qazax poeziyası və nəsri antologiyalarının rus dilində ikicildliyini hədiyyə edib. Bu barədə MEK-in ictimaiyyətlə əlaqələri şöbəsindən bildirilib.

Müasir qazax yazıçı və şairlərinin dörd yüz əsərindən ibarət “Müasir Qazax poeziyasının antologiyası” və “Müasir Qazax nəsr antologiyası” Qazaxıstan xalqının mədəniyyəti, adət-ənənələri və milli dəyərləri haqqında məlumat verir. “Müasir Qazax poeziyasının antologiyası”na müasir Qazaxıstan şairlərinin ilk dəfə rus dilinə tərcümə edilmiş əsərləri daxil edilib. “Müasir Qazax nəsr antologiyası” oxucunu qazax mədəniyyəti və dünyaya baxışı ilə tanış edir. İki cilddən ibarət nəşr “Qlobal dünyada müasir Qazaxıstan mədəniyyəti” layihəsi çərçivəsində təşkil edilərək Moskva Universitetinin nəşriyyatında çap edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 12:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə