Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlillərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda təqdim edilib

Əlillərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.

Xidmət tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlara 6 əlil arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1 ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd döşəkcə, 14 ədəd dartıcı elastik boru, 85 ədəd rezin ucluq verilib.

Növbəti mərhələdə  İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı və Qobustan rayonlarında yaşayan əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 11:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə