Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəmiyyəti narahat edən problemlər səsləndirilib

Cəmiyyəti narahat edən problemlər səsləndirilib

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində müzakirəsi zamanı deputat Qənirə Paşayeva “dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik” - deyərək, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq dəstəklədiyini deyib.

Q.Paşayeva bölgələrdə yaşayan insanlarımızın səsinin dövlət qurumlarında daha çox eşidilməli olmasının vacibliyinə toxunaraq seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib, müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb.  Q.Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiya, Fransa və Almaniya alimlərinin araşdırma və tədqiqat apardığı, Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını  təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb. Prezident İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı  Göytəpəyə baş çəkdiyini, bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladığını xüsusi vurğulayan deputat müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıb. O, bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı dövlət başçısının sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmasına, təcili işlərə başlanılmasına çağırıb və deyib ki, işlərin ləngiməsi abidəyə mənfi təsir göstərir.   

Təhsilə, məktəblərin tikintisi və təmirə  ayrılan  vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyib. Məktəblərin bir çoxunun normal tədris üçün yararlı olmadığını, bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının tikintisinə böyük ehtyac olduğunu bildirib.

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan deputat, “kəndlərdə təhsilin səviyyəsinin düşməsi  ölkəmiz üçün problemlərin əsasını qoyacaq”” - deyib. Orta imkanlı ailələrin övladlarının Bakıda kirayədə yaşatmaq imkanları məhduddur. Yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsini, bu prosesin sürətlə davam etməsinin vacibliyini xüsusi vurğulayaq müvafiq qurumlara çağırış edib.

Q.Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə  danışıb:  “Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına  ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq”.  

Aliment fondunun yaradılmasının vacibliyinə də toxunan deputat “artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır" deyib və bu istiqamətdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin irəli sürdüyü təklifləri dəstəklədiyini bildirib. O, çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə qısa zamanda  baxılmasının vacibliyi barədə danışaraq  müvafiq qurumlara çağırış edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 11:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə