Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könüllü qanvermə aksiyası keçirilib

Könüllü qanvermə aksiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində könüllü qanvermə aksiyası keçirilib.

Xüsusi tibbi briqada tərəfindən əvvəlcə  donorların sağlamlıq vəziyyəti müəyyən edilib. Aksiyada nazirliyin aparatının və struktur bölmələrinin əməkdaşlarından ibarət 100-dək şəxs donor qismində iştirak edib, onlardan qan götürülüb.

“Donor günü” ilə əlaqədar təşkil olunan aksiyada məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən, onlar üçün qan ehtiyatını artırmaqdan ibarət olub. Götürülmüş qan nümunələri də laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 11:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə