Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli qonaqlar DOST Agentliyi ilə tanış olublar

Türkiyəli qonaqlar DOST Agentliyi ilə tanış olublar

Ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və onun 1 saylı mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyəti agentliyin fəaliyyətini, DOST mərkəzində əhaliyə göstərilən xidmətləri nəzərdən keçiriblər. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə sosial sahədə həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi ilə dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə qonaqlara məlumat verib.

DOST layihəsinin dövlət sosial xidmətləri sahəsinə gətirdiyi innovativ yeniliklər diqqətə çatdırılıb. Bu xidmətlərin “bir pəncərə”dən və şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edildiyi vurğulanıb. Mərkəzdə xidmət bölmələri,  burada çalışan sosial agentlərin və könüllülərin iş funksiyaları, müraciət edən vətəndaşlara xidmət prosesi də nəzərdən keçirilib.  

Qardaş ölkənin nümayəndə heyəti Mərkəzdə şahidi olduqları müasir xidmət prosesi, Azərbaycanda sosial sahədə belə bir innovativ təcrübənin reallaşması ilə bağlı müsbət təəssüratlarını ifadə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Noyabr 2019 11:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə