Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir

Qurban Yetirmişli gecə baş verən zəlzələ barədə: Təkanlar davam edir

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir.

Mərkəzin direktoru əlavə edib ki, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır: "İrandakı zəlzələdən sonra cənub zonasında qeydə alınan təkanların sayı çox olub. Hələ də təkanların qeydə alınması davam edir".

Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.

Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. İlkin məlumata görə 5 nəfər həlak olub 120 nəfər xəsarət alıb.

 

“Xalq qəzeti”

8 Noyabr 2019 11:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə