Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub

Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsveçrəyə səfəri çərçivəsində Dünya İqtisadi Forumunun Avropa və Avrasiya bölməsinin rəhbəri, qurumun İcraiyyə Komitəsinin üzvü Martina Larkin ilə görüşüb. 
Görüşdə Hikmət Hacıyev Dünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə edib. O, Azərbaycan Prezidenti 
İlham Əliyevin Forumun Davos illik görüşlərində mütəmadi iştirakının ölkəmizin bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu vurğulayıb. Şöbə müdiri forumun Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd edib. 
Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunub, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 
Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Elgün Niftəli, 
AZƏRTAC-ın xüsusi müxbiri
Bern 

8 Noyabr 2019 01:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə