Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyasi kursun ana xəttini vətəndaşın rifahı təşkil edir

Siyasi kursun ana xəttini vətəndaşın rifahı təşkil edir

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə  əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  qəbul etdiyi qərarlar, həyata keçirdiyi tədbirlər  insan  amilinə verdiyi yüksək dəyərin  təsdiqidir.  Azərbaycanın bugünkü inkişafının,  tərəqqisinin və islahatlar prosesinin yeni mərhələyə qədəm qoymasını hər birimiz gündəlik həyatımızda hiss edirik. Bütün bunlar möhtərəm Prezidentimizin  ölkə vətəndaşlarına, onların həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasına  verdiyi yüksək dəyərin göstəricisidir.

2019-cu il əhalinin, xüsusilə. aztəminatlı ailələrin, əlillərin, şəhid ailələrinin, məcburi köçkünlərin və həssas qəlbli insanların həyatında mühüm hadisələrlə iz buraxıb. Sosial sahədə aparılan islahatlar, imzalanan sərəncam və fərmanlar uzun müddət yaddaşlardan silinməyəcək. Bu ilin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə dövlətimizin başçısı tərəfindən mühüm addımların atılmasına başlanılması böyük razılıqla qarşılandı. 
Möhtərəm Prezidentimizin imzaladığı fərman və sərəncamlar əsasında hazırlanan və həyata keçirilən sosial paketlər sadə vətəndaşın rifahına birbaşa təsir göstərir, hər kəs artımların şəxsi büdcəsinə təsirini aydın hiss edir. Dövlətimizin başçısının verdiyi vədləri yerinə yetirməsi əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırıb. Cənab Prezidentin 2018-ci ilin sonlarında bəyan etdiyi sosial siyasət istiqamətləri 2019-cu ilin əvvəlindən ardıcıl şəkildə icra edilir. Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. 2019-cu ildə 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə - hər iki məbləğdə 40 faiz artırılıb. Yəni, minimum əməkhaqqı bir ildə 2 dəfə qaldırılıb. Məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması, əhalini daha çox narahat edən problemli kreditlərlə bağlı məsələnin həllini tapması, digər sosial təşəbbüslərin irəli sürülməsi “Prezident- xalq” vəhdətini daha da möhkəmləndirib. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da əmək haqqının qaldırılması insan amilinə verilən dəyərin göstəricisidir. 
Bu sahədə islahatların hələ də davam etdirilməsi, möhtərəm Prezidentimizin proqram xarakterli tövsiyə və tapşırıqları sosial siyasətin, vətəndaşların rifahının, onların həyat şəraitinin yaxşılaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrin olduğuna bir daha əminlik yaradır.
Bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şəratinin daha da yaxşılaşmasına xidmət edəcək. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanları var.

 

Gülbəniz BAYRAMOVA, 
“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun prezidenti 

8 Noyabr 2019 01:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə