Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə mənzillər verilib

Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə  mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Saray qəsəbəsindəki yeni yaşayış binalarından alınmış daha 40 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Yeni mənzillə təmin edilən vətəndaşlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından məmnunluqla bəhs ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, əlilliyi olan insanların, o cümlədən müharibə və 20 Yanvar əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu tədbirlərin davamı kimi, cari ildə Prezident təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırıldığını, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını deyib. Nazir müavini şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi proqramının da artıq 96 faiz icra olunduğunu, 11740 şəhidin 17500-ə yaxın vərəsəsinin ödəmə ilə təmin edildiyini bildirib.
V.Nəsirli qeyd edib ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, 626 mənzilin təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Beləliklə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6868 mənzil təqdim edilib. 2018-ci ildə 265 müharibə əlili nazirlik tərəfindən avtomobillə təmin olunub.
İctimai təşkilatların rəhbərləri şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, sahəsində görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar.
Təqdim edilən 40 mənzilin 38-i şəhid ailələri və Qarabağ müharibəsi, 2-si 20 Yanvar əlillərinə verilib.

 

Z.BƏŞİRQIZI, 
“Xalq qəzeti”

8 Noyabr 2019 01:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə