Ən son xəbərlər

Son buraxılış
Arxiv

SABAH qruplarının yeni müəllimlərinə təlimlər keçirilib

SABAH qruplarının yeni müəllimlərinə təlimlər keçirilib

SABAH qruplarında yeni tədris ilinin payız semestrində dərs deyəcək professor-müəllim heyəti və mütəxəssislər üçün “ADA” Universitetində təlimlər keçirilib. Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır.

Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlim  proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtib etmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları, öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və qiymətləndirmə sistemləri, İKT-nin tədris prosesinə təsiri və təhsildə İKT vasitələri kimi mövzular da daxil edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 2018 10:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin