Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Dövlət Film Fondu 2020-ci il üçün mühafizə xidmətinin satın alınması məqsədilə Açıq Tender Elan Edir

Azərbaycan Dövlət Film Fondu 2020-ci il üçün mühafizə xidmətinin satın alınması məqsədilə  Açıq Tender Elan Edir

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 50 (əlli) manatdır.
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – BANK1401555071
 M/H – AZ41NABZ013601000000000003944
S.W.I.F.T. CTREAZ22
Müştərinin adı – Azərbaycan Dövlət Film Fondu 
H/h – AZ24CTRE00000000000002178406
VÖEN – 1300177741
Əlaqələndirici şəxs – Emil Zahidov tel: (012) 404-04-82
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- podratçının müəyyən etdiyi digər sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 noyabr 2019-cu il saat 10.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 9 dekabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 10 dekabr 2019-cu il saat 10.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

8 Noyabr 2019 01:06 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Noyabr 2019 | 00:15
MƏTANƏT A
17 Noyabr 2019 | 00:12
Kapital Bank

Köhnə versiyamızdan xəbərləri izlə